Matthew qasırğasında ölənlərin sayı 800-ü keçib

Matthew qasırğasında ölənlərin sayı 800-ü keçib
8 Oktyabr 2016
Mətni dəyiş
ABŞ-ın Florida sahillərinə çatan Matthew qasırğası təsirli olduğu bölgələrdə 842 nəfərin həyatını itirməsinə səbəb olub.
Saatdakı sürəti 232 kilometrə çatan Matthew qasırğası Kuba, Haiti və Dominikan Respublikasının ardından ABŞ-ın cənub-şərqinə də çatıb.
2010-cu ildəki zəlzələdən sonra yaşanan 'ən böyük təbii fəlakət' olaraq xarakterizə edilən Matthew qasırğası, Haitidə 4-cü kateqoriyaşiddətində təsirli olub. Kuba, Haiti və Dominikan Respublikasında 842 nəfərin həyatını itirməsinə səbəb olan qasırğada ən böyük can itkisi 500 nəfərlə Haitidə meydana gəlib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Yardım Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, 11 milyonluq Haiti əhalisinin yarısının qasırğadan təsirləndiyi ifadə edilib.
ABŞ-a varmadan əvvəl Florida, Cənubi Karolina, Şimali Carolina və Georgia əyalətlərində fövqəladə hal elan edilməsinə səbəb olan qasırğa, özünü ABŞ-ın Cənub-Şərqi sahillərində cümə səhəri göstərib.
3 milyon sakinin evlərindən etibarlı bölgələrə evakuasiya edilməsinə qərar verilən ABŞ-da, 1 milyondan çox adam qasırğa səbəbindən elektriksiz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun