IV rübdə Neft Fondunun aktivləri təxminən 2 mlrd dollar azalacaq

IV rübdə Neft Fondunun aktivləri təxminən 2 mlrd dollar azalacaq
17 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı  ilin yekunları üzrə $34 mlrd.-a yaxın aktiv gözləyir. Bunu Fondun icraçı direktori Şahmar Mövsümov bildirib.
“Bu ilin yekunları üzrə gəlir və xərclərin təxminən eyni səviyyədə olacağını gözləyirik, çünku aktivlərin $34 mlrd. səviyyəsində saxlanacağına ümid edirik”, - Ş.Mövsümov vurğulayıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-də Fondun aktivləri $33 mlrd. 574,1 mln., 2016-cı il sentyabrın 30-u üçün isə $35 mlrd. 822,1 mln. təşkil edib.
“Gələn il üçün balanslaşdırılmış büdcə təklif olunub və əlbəttə, bu, neftin qiymətindən asılı olacaq. Ancaq biz yenə də aktivlərin təxminən $1 mlrd. artacağını gözləyirik”, - Ş.Mövsümov bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun