Bayram Məmmədovun işinə baxan hakim dəyişdirilib

Bayram Məmmədovun işinə baxan hakim dəyişdirilib
31 Oktyabr 2016
Mətni dəyiş
Nida Vətəndaş Hərəkatının üzvü, "heykəl məhbusu" Bayram Məmmədovun işinə baxan hakim dəyişdirilib.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovdan götürülərək həmin məhkəmənin hakimi Eynulla Vəliyevin icraatına verilib. Bunu Eldar Mikayılovun çox işi olması ilə bağlı əsaslandırılıb. Məhkəmənin hazırlıq iclası noyabrın 4-ə təyin edilib.
Qeyd edək ki, İttihama əsasən NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun