Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
5 Sentyabr 2016
Mətni dəyiş
Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə bağlı hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan vaxt başa çatır.
Seçki Məcəlləsinə əsasən səsvermə gününə azı 20 gün qalanadək hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyaları hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin  (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır.
Qeyd edək ki, referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun