"Ölkədə iqtisadi sabitliyin təmin olunması üçün tədbirlər görülməlidir"

"Ölkədə iqtisadi sabitliyin təmin olunması üçün tədbirlər görülməlidir"
28 Sentyabr 2016
Mətni dəyiş
"Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır".
Bu sözləri sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
Onun deməsinə görə, "Mərkəzi Bank haqqında" və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır: "Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir. Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır".
V. Əhmədov əlavə edib ki, aidiyyəti qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir.
V.Əhmədov bir qədər əvvəl müsahibələrinin birində demişdi ki, bu ilin sonuna kimi 1 ABŞ dolları 1 manat 80 qəpiyə qədər yüksələ bilər.
Qeyd edək ki, hazırda bir dollar 1.62 manata bərabərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun