«Müsəlman Birliyi» Hərəkatının təqsirləndirilən 6 üzvünün apellyasiya şikayətinə baxılacaq

«Müsəlman Birliyi» Hərəkatının təqsirləndirilən 6 üzvünün apellyasiya şikayətinə baxılacaq
14 Sentyabr 2016
Mətni dəyiş
"Müsəlman Birliyi" Hərəkatının hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən 6 üzvünün apelyasiya şikayətləri üzrə məhkəmə prosesinin başlayacağı vaxt məlum olub.
Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, proses sentyabrın 19-u, saat 12.30-da başlayacaq. İş Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun icraatına verilib.
Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsi iyunda "Müsəlman Birliyi" Hərəkatının 6 üzvünə hökm oxuyub. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.
Hökmə əsasən, təqsirləndirilənlərdən Sahil Rzayev 6 il 5 ay 15 gün, Niftəli Vəliyev 5 il 11 ay 10 gün, Anar Əliyev 5 il 11 ay, Elvin Bünyadov 6 il 1 ay 15 gün, Lətif Əhmədov 5 il 11 ay 20 gün, Teymur Osmanov isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun