Milli Şura referenduma etiraz mitinqi keçirib - fotolar

Milli Şura referenduma etiraz mitinqi keçirib - fotolar
12 Sentyabr 2016
Mətni dəyiş
Bakıda Demokratik Qüvvələrin Milli Şurasının Konstitusiyada dəyişiklikləri nəzərdə tutan 11 sentyabr referendumuna etiraz mitinqi keçirilib.
Müşahidəçilər qeyd edirlər ki, indiki mitinq iştirakçıların sayı və etiraz atmosferinə görə Milli Şuranın 2013-cü il mitinqi ilə müqayisə ediləndir. İlkin məlumatlara görə, mitinqdə 10 mindən çox adam iştirak edir.
Mitinqdə çoxlu sosial və siyasi şüarlar qaldırılıb: “Gənclik yox deyir!”, “Dikraturaya və monarxiyaya son. Azərbaycana azadlıq!”, “Əməkhaqqı 105 manat, təhsil haqqı 4000 manat!”, “Biz qul deyilik!”, “Azərbaycan monopoliya ölkəsidir!”, “Doğruya dəstək, oğruya lənət!”, “Siyasi məhbuslara azadlıq!” və s.
AXCP lideri Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Vidadi Mirkamal, Fuad Əhmədlinin atası çıxış edib.
AXCP sədri deyib ki, həbsdəki siyasi məhbusların həmişə yada salınmalı olduğunu vurğulayıb. “Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir”, deyən AXCP sədri onların hamısına iştirakçılar adından salam göndərdiyini bildirib.
NİDA Hərəkatının üzvü Ülvi Həsənli hakimyyətin demokratik gəncliyə qarşı siyasətini kökündən yalnış adlandırıb: “Hakimiyyət gənc fəalları həbs etməklə xilas olacağını düşünür, əslində isə öz sonunu yaxınlaşdırır”. O, ölkənin xilası naminə repressiyaların dayandırılmasına, siyasi məhbusların azad edilməsinə, cəmiyyətə təzyiqlərə son qoyulmasına çağırıb.
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Vidadi Mirkamal mitinqdə vətəndaşları Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma qarşı çıxmağa çağırıb. Bu dəyişikliklər yeddi illik prezident müddətinin tətbiqini, prezidentə parlamenti buraxmaq hüququnun verilməsini, prezidentliyə namizədin yaş həddinin 18-ə endirilməsini və s. nəzərdə tutur. “Bu dəyişikliklər bir ailənin maraqlarına xidmət edir”, - deyə o vurğulayıb. V. Mirkamal referendumun ləğvinə, keçirildiyi halda isə boykota çağırıb.
“Biz istəyirik ki, xalqı talan etməsinlər. Biz torpaqlarımızın azad edilməsini istəyirik, 25 ildir davam edən saxta danışıqları yox”, - Milli Şuranın digər üzvü Eldəniz Quliyev bildirib.
Milli Şuranın mitinqi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin çıxışı ilə başa çatıb. O, bügünkü aksiyanı yeni hərəkatın başlanğıcı kimi qiymətləndirib.
Etiraz nümayişinin sonunda oxunan qətnamədə əsasən "26 sentyabr referendumunun ləğv olunması" tələb olunub.
Bundan başqa, qətnaməyə görə siyasi məhbusların qeyri-şərtsiz azad edilməsi, siyasi motivli həbslərə son qoyulması, xarici sərmayenin önünün açılması, həqiqi iş yerlərinin açılması və əhalinin maaşlarının və təqaüdlərinin normal dolanışıq həddinə qədər qaldırılması da tələb olunub.
 AXCP lideri bildirib ki, Milli Şuranın növbəti mitinqi 17 sentyabrda keçiriləcək.
20160911_181432 20160911_181404 20160911_181442 SAMSUNG

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun