Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək
24 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Sentyabrın 28-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun