BMT-nin xüsusi məruzəçisi NİDA rəhbərliyi ilə görüşüb

BMT-nin xüsusi məruzəçisi NİDA rəhbərliyi ilə görüşüb
15 Sentyabr 2016
Mətni dəyiş
Qiymətləndirmə missiyası ilə Bakıya gələn BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Michel Forst Nida Vətəndaş Hərəkatının rəhbərliyi ilə görüşüb.
Abzas.net-ə bu barədə hərəkatın idarə heyətinin üzvü Turqut Qəmbər məlumat verib. Michel Forst sentyabrın 14-də NİDA-nın idarə heyətinin üzvləri Turqut Qəmbər, Ülvi Həsənli və nidaçı keçmiş siyasi məhbus Rəşad Həsənovla görüşüb. Görüşdə ölkədəki insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və siyasi məhbus məsələləri müzakirə edilib.
Forstun səfəri sentyabrın 14-də başlayıb və sentyabrın 22-də yekun mətbuat konfransı ilə yekunlaşacaq.
Müstəqi ekspert, BMT-nin İnsan Hüquqları Şurasının məsul nümayəndəsi Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlər haqqında ilkin mənbədən məlumat toplayacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutur.
Səfər zamanı xüsusi məruzəçi rəsmi şəxslər, məhkəmə işçiləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və diplomatlarla görüşəcək.
Forst səfərin yekunlarına dair məruzəni 2017-ci ilin martında İnsan Hüquqları Şurasında təqdim edəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun