Bakı-Gəncə marşrutu üzrə sürət qatarı buraxılacaq

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı buraxılacaq
7 Sentyabr 2016
Mətni dəyiş
2017-ci ilin sonuna qədər Bakı-Gəncə sürətli qatar marşrutunun açılması planlaşdırılır.
Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək.
Gediş haqqına gəlincə, QSC sədri deyib ki, qiymət təqribən 15 manat olacaq: "Qatarlarda Wi-Fi da olacaq. İnsanlar Gəncəyə 3,5 saata çata biləcəklər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun