Təcridxana Elgiz Qəhrəman üçün sovqatı qəbul edib

Təcridxana Elgiz Qəhrəman üçün sovqatı qəbul edib
20 Avqust 2016
Mətni dəyiş
Avqustun 19-da 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən gənc fəal Elgiz Qəhrəmana ailəsinin apardığı zəruri sovqat verilmirdi. Təcridxana işçiləri siyasi məhbusun karantində olduğunu əsas gətirərək aparılanları qəbul etməyiblər.
Elgiz Qəhrəmanın ailəsi bununla bağlı Ombudsman aparatına və Qızıl Xaç Komitəsinə müraciət edib.
Bu gün Elgiz Qəhrəmanın ailəsi yenidən 1 saylı Bakı İstintaq Təcridxanasına gediblər. Çətinliklə də olsa nəhayət həbs olunan nidaçı fəala aparılan sovqat, paltar, siqaret və digər zəruri ləvazimatlar təcridxana tərəfindən qəbul olunub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun