Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib

Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib
3 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəyə tövsif edilib. Onun cəzası 10 ildən 5 ilə endirilib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan S.Şəkərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun