ReAL imzatoplamanı dayandırıb

ReAL imzatoplamanı dayandırıb
22 Avqust 2016
Mətni dəyiş
“Son həbslər və təzyiqlər ReAL Siyasi Hərəkatını 26 sentyabr referendumunda iştirak etmək qərarından daşındırıb".
Bu barədə “Respublikaçı Alternativ” Hərəkatı sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı və İdarə Heyyətinin üzvü Erkin Qədirli avqustun 22-də keçirdikləri mətbuat konfransında deyiblər.
A.Qasımlı bildirib ki, bu qərar boykot hesab olunmamalıdır: "Biz imza kampaniyasını dayandırdıq. Həbs olunan Natiq Cəfərli və Toğrul İsmayılov MSK-da ReAL-ın səlahiyyətli nümayəndələri idi. Eyni zamanda, Təşəbbüs Qrupunun üzvü Elşən Qasımlı da həbs edilib. Bundan əlavə xalqı məlumatlandırmaq üçün çap etdirdiyimiz 100 min flayer qeyri-qanuni şəkildə müsadirə olunub. Nəhayət, hakimiyyətə yaxın mediada ReAL-a qarşı kampaniya aparılır. Belə bir siyasi atmosferdə seçki kampaniysı aparmağın heç bir mənası yoxdur. Çünki hakimiyyət son həbslərlə və flayerlərin müsadirəsiylə onu göstərdi ki, 26 sentyabr referendumunu diskussiya olmadan, sakit şəkildə keçirmək istəyir, heç yarımüzakirə mühitinə razı deyillər. Son məhkəmə prosesləri isə ifadə azadlığının ciddi pozulmasıdır".
A.Qasımlı bildirib ki, hakim partiyanın bundan sonra onları imza toplaya bilməməkdə ittiham etməsi onlar üçün heç bir anlam daşımır: "Biz imza kampaniyasına başlamaq istədik, həbslərə start verildi. Ümumiyyətlə, YAP-ın nə deməsinin bizim üçün heç bir mənası yoxdur. Son həbslər və flayerlərin müsadirəsi artıq faktdır".
A.Qasımlı deyib ki, onlar təşkilat olaraq Milli Şuranın aksiyalarına qatılmayacaq, amma ReAL-dan kim istəsə, mitinqlərdə iştirak edə bilər.
"Ancaq Milli Şura bizimlə aksiyaları müzakirə etmək istəsə, hazırıq", - deyə A.Qasımlı bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun