Prezidentliyə namizədlər bir-birini ittiham edir

Prezidentliyə namizədlər bir-birini ittiham edir
2 Avqust 2016
Mətni dəyiş
ABŞ prezidentliyi uğrunda kampaniya bazar günü hər iki namizədin biri-birini ittiham etməsi və nəyə görə prezident seçilməli olduqlarını izah etməklə davam edib.
Demokrat namizəd Hillari Klinton və onun vitse-prezidentliyə namizəd tərəfdaşı Tim Keyn noyabrda keçiriləcək seçkilərdə həlledici ştatlar olacağı ehtimal edilən Pennsilvaniya və Ohayo ştatlarına etdikləri üçgünlük səfərlərinin son günündə Ohayo ştatının Kolumbiya şəhərində olublar.
Tramp bazar ertəsi Klintonun təzəcə səfər etdiyi Pennsilvaniya ştatının Kolumbus və Harrisburq şəhərlərinə səfər edir. Klinton isə bu zaman Nebraska ştatının Omaha və Kolorado ştatının Boulder şəhərlərində olacaq.
Kampaniya əsnasında etdiyi çıxışda Hillari özü ilə Respublikaçı namizəd Donald Tramp arasındakı fərqlərdən söz açıb.
Bu arada Donald Tramp ABŞ televiziya kanalına müsahibəsində Klintonun iddialarına cavab olaraq onun ABŞ generallarından çox bildiyini deyib.
Tramp bazar ertəsi Klintonun təzəcə səfər etdiyi Pennsilvaniya ştatının Kolumbus və Harrisburq şəhərlərinə səfər edir. Klinton isə bu zaman Nebraska ştatının Omaha və Kolorado ştatının Boulder şəhərlərində olacaq.
[caption id="attachment_3797" align="alignnone" width="5184"]Photo: Tom Pennington/Getty Images Photo: Tom Pennington/Getty Images[/caption]
Trampın televiziya ilə nümayiş etdirilən nominasiya çıxışının izləyicilər tərəfindən Klintondan daha çox izlənildiyinə baxmayaraq, Klintonun qurultaydan sonra sorğularda daha çox dəstək topladığı görünür.
Morning Consult təşkilatı bazar günü Klintonun Trampı 43-40 faizlə üstələdiyi barədə hesabat açıqlayıb. Sorğu həm də seçicilərin 17 faizinin hələ də seçim edə bilmədiklərini müəyyən edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun