"Petkim"in bazar qiyməti 2,2 mlrd dollardır

"Petkim"in bazar qiyməti 2,2 mlrd dollardır
7 Avqust 2016
Mətni dəyiş
"Petkim" neft-kimya kompleksinin bazar qiyməti hazırda $2,2 mlrd-dır, deyə “Petkim”in İdarə Heyətinin sədri Vaqif Əliyevin kompleksin saytında  yerləşdirilən müraciətində bildirilir.
Onun sözlərinə görə, “Petkim” Türkiyənin birjada kotirovka olunan ilk şirkətlərindən biridir.
“Petkim” 60-dək məhsul buraxır, onları 50-dən çox ölkəyə ixrac edir. Kompleksin məhsullarından Türkiyədə 6 min kiçik və orta müəssisə istifadə edir. “Petkim”də 150 min nəfərə birbaşa və ya bilavasitə işləyir”, - deyə müraciətdə bildirilir.
“Şirkət Türkiyənin rifahı üçün fəaliyyətini davam etdirəcək və hökumətlə əməkdaşlığa hazırdır”, - deyə müraciətdə bildirilir.
Kompleksin kapitalında səhmdarların pay bölgüsü belədir: SOCAR Turkey Petrokimya A.Ş. – 51%, SOCAR Turkey Enerji A.Ş. - 5,3216%, 43,6784% birjada sərbəst dövriyyədədir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun