Müsavat Partiyasının daha 29 şikayəti Avropa Məhkəməsində

Müsavat Partiyasının daha 29 şikayəti Avropa Məhkəməsində
11 Avqust 2016
Mətni dəyiş
Müsavat Partiyası üzvlərinin 2015- ci il parlament seçkilərində yol verilən pozuntularla bağlı 29 seçki dairəsi üzrə şikayət ərizələri Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. Bunu Turan-a partiya aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Onun sözlərinə görə, şikayətlərdə seçki zamanı tərəflərə bərabər imkanların, Müsavat Partiyasından olan müşahidəçilərə əlverişli şəraitinin yaradılmaması, seçki saxtakarlıqları məsələləri qaldırılıb.
AİHM iki il öncə Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının küçə yürüşünə qanunsuz icazə verməməsi barədə şikayəti də icraata götürüb.
G.Aslanlı qeyd edib ki, Müsavat Partiyası mübarizənin həm siyasi, həm də hüquqi müstəvidə davam etdirmək niyyətindədir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun