"Mülki geyimlilər məni tutub məhkəmənin arxa küçəsində dayanmış polis maşınına apardılar" - VİDEO

"Mülki geyimlilər məni tutub məhkəmənin arxa küçəsində dayanmış polis maşınına apardılar" - VİDEO
18 Avqust 2016
Mətni dəyiş
Xəbər verdiyimiz kimi avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın apellyasiya şikayətinə baxılıb.
Prosesi izləmək üçün məhkəmənin qarşısına gələn aktiv gənclərdən bir neçəsi polis tərəfindən saxlanılıb. Onlardan biri də gənc fəal İsmi Şahzadədir. Bu barədə Meydan TV-yə açıqlama verən fəal deyib ki, o, çəkiliş edərkən maneə ilə qarşılaşıb:
"Polislər Azadlıq Radiosunun əməkdaşı İslam Şıxəlinin çəkiliş etməsinə mane oldular. Bu vaxt mən telefonumla baş verənləri çəkməyə başladım. Onlar mənim əlimdən telefonu almaq istədilər. Mən telefonu kənarda dayanmış jurnalistlər tərəfə atdım. Bu zaman Çevik Polis Alayının əməkdaşları və mülki geyimlilər məni tutub məhkəmənin arxa küçəsində dayanmış polis maşınına apardılar".
İsmi Şahzadənin sözlərinə görə, telefonunun və fotoaparatının yaddaşı yoxlandıqdan sonra onu sərbəst buraxıblar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun