Mərkəzi Bank: Devalvasiya barədə deyilənlər həqiqəti əks etdirmir

Mərkəzi Bank: Devalvasiya barədə deyilənlər həqiqəti əks etdirmir
23 Avqust 2016
Mətni dəyiş
"Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək". Azərbaycan Mərkəzi Bankından məsələ ilə bağlı bu cür açıqlama edilib. “Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb. Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə  banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun