Elgiz Qəhrəman haqqında 4 aylıq həbs-qətimkan qərarı verilib

Elgiz Qəhrəman haqqında 4 aylıq həbs-qətimkan qərarı verilib
15 Avqust 2016
Mətni dəyiş
Nidaçı gənc Elgiz Qəhrəman haqqında Nərimanov Rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verilib.
Bu barədə gənc fəalın vəkili Nemət Kərimli məlumat verib.
Vəkil bildirib ki, Elgiz Qəhrəman Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Nemət Kərimlinin bildirdiyinə görə, nidaçı hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun