"Aqrolizinq" kənd təsərrüfatına 22,5 mln kredit ayırıb

"Aqrolizinq" kənd təsərrüfatına 22,5 mln kredit ayırıb
9 Avqust 2016
Mətni dəyiş
Bu ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 22,5 milyon manat dəyərində texnika satılıb.
Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a verilən məlumata görə, onların sırasında 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları olub.
Məlumatda bildirilib ki, aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas şərtlərdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun