ABŞ səfiri Nigar Yaqubluya məktub yazıb

ABŞ səfiri Nigar Yaqubluya məktub yazıb
5 Avqust 2016
Mətni dəyiş
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta keçmiş siyasi məhbus Nigar Yaqublunu ailə həyatı qurması münasibətilə təbrik edib. ABŞ səfiri həmçinin Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublunu qızının ailə həyatı qurması münasibəti ilə təbrik edib.
Nigar Yaqublunun facebook səhifəsində yayımladığı təbrik  məktubunda deyilir ki, siyasi məhbus ailəsi kimi ötən illər onlar üçün çətin olub.
“Azərbaycan hökumətinin hazırda həbsdə olan siyasi məhbusları, o cümlədən həyat yoldaşınızı azadlığa buraxması üçün işimizi davam etdirəcəyimizi bir daha təsdiqləmək istəyirəm”, deyə səfir Sekuta qeyd edir.
Xatırladaq ki, Nigar Yaqublu 2012-ci ildə həbs edilib, 2013-cü ildə azadlığa buraxılıb, onun atası Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıdabaş baş verən hadisələrdən sonra həbs edilib və  2016-cı ildə əfv olunub.
Nigar Yaqublu bu günlərdə həbsdə olan “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan Saaatı” televiziya verişinin aparıcısı Seymur Həzi ilə ailə həyatı qurub. Seymur Həzi 2014-cü ilin avqustunda xuliqanlıq ittihamı ilə 5 il həbs edilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun