Xarici ticarət dövriyyəsində saldo mənfidir

Xarici ticarət dövriyyəsində saldo mənfidir
22 İyul 2016
Mətni dəyiş
Ötən ilin I yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu $1 mlrd 532 mln 883,28 min olub. Bu il saldo mənfidir (- $225 mln 770,33 min.), - deyə Gömrük Komitəsi bildirir.
İyulun 1-i üçün xarici ticarət dövriyyəsi $7 mlrd 868 mln 693,64 min (mənfi  28,05%) olub. İxracat ($3 mlrd 821 mln 461,66 min) 38,7%, idxal ($4 mlrd 47 mln 231,98 min) 13,98% azalıb.
İxracatın 84,4%-i neft və qazın payına düşür. Meyvə-təvəzin payı 4,36%-dir.
İdxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıq 23,02%, ərzaq 14,79%, qara metal və məmulatı 14,27%, nəqliyyat vasitələri və ehtiyat hissəsləri 12,54%, digərləri 24,64% paya malikdir.
İxracatda İtaliya (19,91%), Fransa (9,02%), Almaniya (8,69%), Tayvan (7,88%) və İsrailin (6,19%) payı yüksəkdir. İdxalda RF və türkiyə öndədir - 18,35 və 13,02%. Çin 6,37%, Britaniya 6,27%, ABŞ 6,06% paya malikdir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun