Penitensiar Xidmət Məmməd İbrahimlə bağlı açıqlama yayıb

Penitensiar Xidmət Məmməd İbrahimlə bağlı açıqlama yayıb
29 İyul 2016
Mətni dəyiş
"Gəldilər yanıma dedilər ki, maraqlanacağıq narahat olmayın".
Siyasi məhbus, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ailə üzvlərinin verdiyi məlumata görə hələlik vəziyyəti yaxşıdır. Onu da əlavə ediblər ki, Penitensiar Xidmətin əməkdaşları vicdan məhbusunu ziyarət edərək səhhəti ilə maraqlanacaqlarına söz veriblər.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəsmisi İftixar Qurbanov isə Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı baş həkimlə əlaqə saxlanılıb: "Baş həkim dedi ki, Məmməd İbrahimlə görüşüb və o, hazırda heç bir narazılığı olmadığını bildirib. Məmməd İbrahim baş həkimə bildirib ki, oğlu ilə görüşəndə çox narahat olub və güman ki, o, bunu nəzərə alaraq belə bir fikir işlədib.  Səhhətindəki problemlərə gəlincə, hazırda müayinə və müalicəsi aparılır".
Xatırladaq ki, AXCP funksioneri səhhətində yaranmış problemlərə görə saxlanıldığı müalicə müəssisəndən və həkimlərin ona qarşı diqqətsizliyindən şikayət etmişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun