Azərbaycanda qaz və neft hasilatı azalıb

Azərbaycanda qaz və neft hasilatı azalıb
18 İyul 2016
Mətni dəyiş
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 3 781,7 min ton xam neft, 3 162,1 mln. kubmetr təbii qaz hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, xam neft hasilatında ötən ilin I yarısından 8,6%, qaz hasilatında isə 6,2% azalma olub.
İlin altı ayı ərzində hasil olunan xam neftin 620 min tonu iyun ayının payına düşüb ki, bu da ötən ilin iyun ayından 8,2% azdır.
Təbii qaz hasilatında da əldə edilən 512 mln. kubmetr ötən ilin iyun ayından 10% azdır.
   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun