Hərracda 24 bank 100 milyon dollar alıb

Hərracda 24 bank 100 milyon dollar alıb
14 İyul 2016
Mətni dəyiş
Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bank bu gün növbəti hərrac keçirib. DNF-dən verilən xəbərə görə, hərraca 50 mln. ABŞ dolları çıxarılıb.
Mərkəzi Bank da eyni həcmdə - 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarıb.
Fonddan bildiriblər ki, həmin vəsaitləri 24 bank alıb.
DNF-dən il ərzində hərraclar vasitəsilə valyuta satışının davam etdiriləcəyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun