Əliyevlər Bodrumda istirahət edir

Əliyevlər Bodrumda istirahət edir
1 İyul 2016
Mətni dəyiş
Prezident İlham Əliyev və Mehriban Əliyeva istirahət etmək üçün Bodruma gediblər.
İlham Əliyev geniş təhlükəsizlik tədbirləri altında Türkiyəyə gedib. Bodrum Milas Aeroportundan 12 maşınlıq karvan və helikopterin müşahidəsi ilə qaldığı 5 ulduzlu otelə gedib. Türkiyənin Sözcu.com.tr xəbər portalının məlumatına görə, Əliyev 3 gün oteldə olub, yalnız dünən dənizkənarına çıxıb və türk jurnalistlərinə obyektivindən yayına bilməyib.
İlham Əliyev dənizə girdiyi vaxt sahildə geniş təhlükəsizlik tədbirləri görülüb, sahil mühafizəsi dənizdə, şəxsi mühafiəçiləri isə otelin ərazisində onu qoruyublar.
Turan Agentliyinin xəbərinə görə, 2013-cü ilin martında Türkiyə KİV-lərində İlham Əliyevin Bodrumun Yalıkavak adlanan ərazisində 13 milyon avroya beşulduzlu otel aldığı yazılmışdı.
Türkiyə mediasının yazdığına görə, ümumi sahəsi 17 min kv. metr olan oteldə 145 otaq var. Otelin adı açıqlanmırdı. Amma qeyd edilirdi ki, otel Kalimnos və Leros adalarına gözlə görüləcək qədər yaxın məsafədə yerləşir.
Ölkə başçısının məzuniyyətdə olması barədə Azərbaycanda rəsmi bilgi verilməyib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun