Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb
20 Aprel 2016
Mətni dəyiş
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi kəskin azalıb
Cari ilin birinci rübü ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azalaraq 1 530 943,28 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, hesabat dövründə Azərbaycan Aİ ölkələrinə 1 020 208,85 min dollar həcmində ixrac həyata keçirib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,94% azdır. İdxal əməliyyatları isə 17,57% azalaraq 510 734,43 min dollara düşüb.
Hesabata əsasən, cari ilin I rübündə Azərbaycan üzrə cəmi ixracın 57,30%-i, idxalın isə 27,97%-i məhz Aİ ölkələrinin payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 61,46% və 25,43% təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun