Qarabağlı olmayanlar Qarabağda yaşaya biləcək?

6 Noyabr 2023
Mətni dəyiş

Qarabağın azad olunması üçün ölkənin hər yanından vətəndaşlar müharibəyə yollandı, bəs könlü istəyən hər kəs gedib orada yaşaya biləcəkmi? 2022-ci ildə ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla "Böyük Qayıdışa dair I Dövlət Proqramı" məcburi köçkünlərin Qarabağda məskunlaşdırılmasını nəzərdə tutur.

Proqrama əsasən 2022-2026-cı illər ərzində Qarabağa 10 270 ailənin köçürülməsi hədəflənir. Amma orada təkcə qarabağlılar yox, həm də başqa rayon və şəhərlərdən olan vətəndaşlar da yaşamaq istəyir. Onlardan biri, Şamaxıda doğulan üz-çənə cərrahı, stomatoloq Tural Mirzəyevdir.

O düşünür ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq üçün heç kimdən icazə almamalıdırlar. “Mən qarabağlı olmayaraq, imkan yaradılsa, gedib orda kiçik torpaq sahəsi alıb, özümə uyğun bir yer düzəldib eyni işi orda da görmək olar. Daha kiçik, büdcəmə uyğun nəsə edə bilərəm. Nəyə görə portala yazıram və kimsə icazə verir?”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun