Keçmiş xüsusi təyinatlı: “Prezidentdən xahiş edirəm, məni vətəndaşlıqdan çıxarsın”

26 Oktyabr 2023
Mətni dəyiş

“Elə bil ki, mən indi düzdə qalmışam. Heç bir gəlir yerim yoxdur. Mənə indi yaxın qohumlar kömək edir. Onlar da kömək etməsə, mənimçün çətindir”

2012-ci ildən bəri Xüsusi Təyinatlı Qüvvələrdə döyüş tapşırıqları yerinə yetirən ehtiyatda olan gizir Eldar Əliyev 15 il hərbi xidmətdə qulluq edib. 2014-cü ilin avqustunda Ermənistanla Azərbaycan arasında baş verən növbəti qarşıdurmada döyüş tapşırığını icra edərkən yaralanan Eldar Əliyev 2017-ci ildə ordudan tərxis edildiyini deyir. Ordudan tərxis edilən gizirə elə həmin il 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Beş ilin tamamında o, dərəcəni yeniləmək üçün Əlillərin Bərpa Mərkəzində hərbi komissiyadan keçəndə imtina cavabı ilə üzləşib.

Bundan sonra əmək pensiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən Eldara burdan da kifayət qədər hərbi xidmət stajı olmaması səbəbilə rədd cavabı verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun