Agentlik: Paxlavanın ermənilərə heç bir aidiyyəti yoxdur

Agentlik: Paxlavanın ermənilərə heç bir aidiyyəti yoxdur
8 Aprel 2022
Mətni dəyiş

“Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyasına daxil edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara başlamaları barədə məlumat yayılıb”.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən verilən şərhdə bildirilib.

Qeyd olunub ki, ən ləziz və geniş yayılmış şirniyyatlardan olan paxlava/baklava bir sıra Şərq xalqlarının və ilk növbədə türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. “Digər tərəfdən, paxlava/baklava sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o, türk xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn, Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək, qazax və tatar dillərində paxlava/baklava kimi səslənir.

“Beləliklə, baklava/paxlava sözünün türk leksikasına və bu adla tanınan şirniyyat növünün türk xalqlarının mətbəx mədəniyyətinə aid olması dünyada qəbul edilmiş faktdır və hay-ermənilərin baklava/paxlava ilə bağlı hazırkı iddialarının heç bir tarixi, elmi və hüquqi əsası yoxdur”, - məlumatda şərh olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun