Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək

Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək
16 Fevral 2022
Mətni dəyiş

Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək. 

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

2021-ci ildə Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samira Efendi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 xal yığa bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun