Sindi Makkeyn: "Rusiya milyonlarla insanı öldürə biləcək aclığa səbəb olur"

Sindi Makkeyn: "Rusiya milyonlarla insanı öldürə biləcək aclığa səbəb olur"
11 May 2022
Mətni dəyiş

ABŞ-ın qlobal qida təhlükəsizliyi üzrə nümayəndəsi çərşənbə axşamı Rusiyanın Ukraynaya hücumunun dünyanı "milyonlarla insanı öldürəcək" kütləvi aclıq həddinə çatdırdığı barədə xəbərdarlıq edib.

"Biz buna həddindən artıq yaxınıq", deyə ABŞ-ın BMT-nin Ərzaq Agentliyindəki missiyasının rəhbəri Sindi Makkeyn Dövlət Departamenti tərəfindən təşkil olunan virtual brifinqdə bildirib.

"Çox şey Rusiyanın bu axmaq müharibəyə son qoymağa, ya onu davam etdirməyə qərar verəcəyindən asılıdır. Məhsulların qiyməti artıq sürətlə artır və ticarət və ixracat dayansa, biz çox ciddi böhranla üzləşəcəyik, bu da milyonlarla insanı öldürəcək aclığa gətirib çıxaracaq", deyə o bildirib.

"Biz bilirik ki, onlar Ukrayna taxılını oğurlayırlar, amma onların törətdiyi ən təhlükəli əməl bir çox kənd təsərrüfatı sahəsinə mina yerləşdirməkdir", deyə o bildirib.

Ukraynada kənd təsərrüfatı yollarının atəşə tutulması və ölkə limanlarının bombalanması bütün dünyada qida təhlükəsizliyini daha da çətinləşdirib. "Biz 70 il ərzində ən ciddi - İkinci Dünya Müharibəsindən etibarən ən pis ərzaq böhranı ilə üzləşmişik", deyə o əlavə edib.

Mayın 18-də dövlət katibi Blinken bu istiqamətdə təxirəsalınmaz addımları müzakirə etmək üçün onlarla ölkənin XİN başçısı ilə birlikdə "Qida təhlükəsizliyi sahəsində addımlara qlobal çağırış"a rəhbərlik edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun