Kreml: Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün təhdiddir

Kreml: Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün təhdiddir
12 May 2022
Mətni dəyiş

Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün təhdiddir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Alyansın genişlənməsinin Avropada təhlükəsizliyə töhfə verməyəcəyini qeyd edib. Aİ Şurasının Prezidenti Şarl Mişel isə məsələ ilə bağlı açıqlama verərək bildirib ki, NATO və Avropa İttifaqı (Aİ) arasında birlik və həmrəylik heç vaxt bu qədər yaxın olmayıb.

“Prezident Niinistö və Baş nazir Sanna Marin Finlandiyanın NATO-ya üzv olmasına yol açır. Atılan bu tarixi addım Avropanın təhlükəsizliyinə böyük töhfə verəcək. Rusiyanın Ukraynada apardığı müharibə müddətində, bu, güclü çəkindirici siqnaldır”, - Şarl Mişel vurğulayıb.

Bu gün Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun