Düşənbə görüşü yekunlaşıb, tərəflər birgə səyləri müzakirə ediblər

Düşənbə görüşü yekunlaşıb, tərəflər birgə səyləri müzakirə ediblər
13 May 2022
Mətni dəyiş

Mayın 12-də Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. Görüş Tacikistanın paytaxtı Düşənbədə reallaşıb.

Bu barədə məlumatı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, tərəflər görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün birgə səyləri müzakirə ediblər. Qeyd edilib ki, bütün fəaliyyət hər üç ölkə liderinin imzaladığı 9 noyabr razılaşması üzərində qurulub.

Əsas istiqamətlər üzrə üçtərəfli sazişlərin həyata keçirilməsində, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında,  Rusiyanın yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması üzrə səylərdə irəliləyiş qeyd edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin hazırlanması mövzuları müzakirə edilib və Rusiya tərəfi də bu işə hər cür töhfə verməyə hazırdır.

Nazirlər Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Rusiyanın iştirakı ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun