NATO Ukrayna müharibəsinin "çox qanlı" mərhələsinin yaxınlaşdığını proqnozlaşdırıb

NATO Ukrayna müharibəsinin "çox qanlı" mərhələsinin yaxınlaşdığını proqnozlaşdırıb
12 Aprel 2022
Mətni dəyiş
NATO baş katibinin müavini Mirça Coane Rumıniyanın “Digi 24” telekanalının efirində bildirib ki, yaxın vaxtlarda Ukrayna böhranının yeni və “çox qanlı” mərhələsi başlayacaq. “Hər şey onu göstərir ki, biz tezliklə bu müharibənin çox qanlı ikinci mərhələsinə qədəm qoyacağıq. Biz həm şərqdə, həm Donbassda, həm də cənubda Krıma və Mariupola doğru daha geniş ərazidə, birinci mərhələdən daha mürəkkəb, xaraktercə fərqli ikinci mərhələyə qədəm qoyuruq”. Bundan əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell yazmışdı ki, Ukrayna böhranının nəticəsi döyüş meydanlarında həll olunacaq. Ukraynanın maliyyə naziri Sergey Marçenko Avropa İttifaqını hətta birlik ölkələrində mümkün iqtisadi tənəzzül şəraitində belə Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun