Ukrayna Müdafiə Nazirliyi: "Vaqnerçilər Zelenskiyə sui-qəsd planlaşdırıb"

Ukrayna Müdafiə Nazirliyi: "Vaqnerçilər Zelenskiyə sui-qəsd planlaşdırıb"
26 Mart 2022
Mətni dəyiş

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Volodimir Zelenskiyə və baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıb.

UNIAN-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markiyan Lubkivski CNN-ə müsahibəsində deyib.

"Onlar Ukrayna rəhbərliyini: prezidentimizi və baş nazirimizi öldürmək istəyirdilər. Məqsəd bu idi, onların bəziləri uğursuz şəkildə Ukraynaya göndərilmişdi”, - deyən Lubkivski bununla bağlı bütün sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini qeyd edib.

Müdafiə nazirinin müşaviri bildirib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə bu silahlıları izləyib, onlardan bir neçəsi Ukraynada məhv edilib.

Daha əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ona qarşı 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, martın 20-dən "Vaqner"lə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlməyə başlayıb. Onların əsas vəzifəsi Ukraynanın ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun