Putinlə Makronun görüşündəki masa dünyada gündəm olub

Putinlə Makronun görüşündəki masa dünyada gündəm olub
9 Fevral 2022
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronun uzun masa arxasında görüşü  sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar masa ilə bağlı müxtəlif ironik paylaşımlar ediblər. Sosial media ilə yanaşı, Fransa mətbuatında da gündəm olan “nəhəng masa” haqqında yaradılan kreativ görüntülər diqqət çəkib. "France Culture" xəbər saytı görüşü "Putin, Makron və dünyanın ən uzun masası" başlığı ilə dərc edib. "Liberation" qəzeti isə fotonu "Makron-Putin: Rus tipli dialoq" sərlöhvəsi ilə dərc edib. Sosial şəbəkə istifadəçiləri fotoları montaj edərək maraqlı və ironik görüntülər paylaşıblar. "Huffing post" media orqanının jurnalisti Romain Herreros sosial media hesabında iki liderin oturduğu masanı "Şaiyəyə görə Makron və Putini bir saat qurşağı ayırır", komediyaçı Pierre-Antonio Damkour isə "Whatsapp-da bir-birləri ilə danışırlar" şərhi ilə paylaşıblar. Lakin Makron Putinlə bu masa arxasında görüşən ilk lider deyil. Keçən həftə Macarıstanın baş naziri Viktor Orban da bu masa arxasında görüş keçirib. Masanın uzunluğunun Putinin qərarı ilə Covid-19-a qarşı tədbir olaraq seçildiyi açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun