Zelenski: “Rusiya ilə hərbi münaqişə istəmirik”

Zelenski: “Rusiya ilə hərbi münaqişə istəmirik”
17 Dekabr 2021
Mətni dəyiş
Brüsseldə keçirilən Aİ-Şərq Tərəfdaşlığı Sammitində iştirak edən Zelenski NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışan Zelenski müzakirə edilən mövzular barədə danışıb. “Vəziyyəti Rusiya gərginləşdirərsə, bizim üçün yalnız bir format var. Eşitdiyimə görə, Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin əksəriyyəti Ukraynanın mövqeyini dəstəkləyir. Hər kəs ağır nəticələrin olacağından xəbərdardır, amma heç kim can itkiləri barədə düşünmək istəmir. Ukrayna bunu qətiyyən istəmir". Avropadakı bütün liderlərin bu vəziyyəti eyni şəkildə anladığından əmin olmadığını bildirən Zelenski bəzi liderlərin Ukrayna sərhədlərində baş verənlərdən xəbərsiz olduğunu deyib: "Çünki ruslar da canlarını itirəcək. Allah eləməsin. Buna baxmayaraq, biz diplomatik danışıqlar formatına inanırıq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun