Saakaşvili aclığı dayandırır: "Təhlükədəyəm, xəstəxana Rusiyanın xüsusi təyinatlılarından bir neçə kilometr aralıdadır"

Saakaşvili aclığı dayandırır: "Təhlükədəyəm, xəstəxana Rusiyanın xüsusi təyinatlılarından bir neçə kilometr aralıdadır"
12 Noyabr 2021
Mətni dəyiş

Gürcüstana gəldikdən sonra həbs olunan, daha sonra aclıq aksiyasına başlayan sabiq prezident Mixeil Saakaşvili bəzi şərtlərinin yerinə yetiriləcəyi təqdirdə aclığı sonlandıra biləcəyini deyib. 

Saakaşvili vəkili Nika Qvaramiaya yazdığı məktubda bəzi şərtlərinin yerinə yetirildiyini və aclığı sonlandıra biləcəyini deyir.

"Strasburq məhkəməsinin qərarını ciddi qəbul edirəm və aclığı sonlandırıram. Aclıq aksiyasından sonra reabilitasiya prosesi aclıq aksiyasının özündən qat-qat çətindir. "Gldani" xəstəxanasında nə tibbi-texnoloji şərait var, nə də ixtisaslı səhiyyə işçiləri. Üstəlik, mənə işgəncə verən qurum işçilərinə inanmağım mümkün deyil və onların mənə qarşı tətbiq etdikləri zorakılığın görüntülərini gördünüz. Bundan əlavə, Strasbuq məhkəməsinin əsas tələblərindən biri də odur ki, təhlükəsizlik tədbirləri görülsün, ancaq o da burada mümkün deyil", - deyə o, əlavə edib.

Saakaşvili bildirib ki, o, Rusiyanın hədəfindədir.

"Qori xəstəxanasını da böyük təhlükə olaraq görürəm. Çünki mən, əsasən, Rusiyanın hədəfindəyəm. Xəstəxana isə Rusiya işğalçı ordusunun xüsusi təyinatlılarından bir neçə kilometr aralıdadır. Səhiyyə Nazirliyindən aclığı dayandırdıqdan sonra reabilitasiya prosesinin necə olacağını müəyyənləşdirməyi xahiş edirəm. Nazirliyin qərarı ciddi xarakter daşımalıdır, mənimlə birlikdə hökumət də əməl etməlidir. Belə olduqda və mən bu qurumdan digər quruma transfer edildiyimdə aclığı tamam dayandıracam", - deyə Gürcüstana gəldikdən sonra həbs olunan, daha sonra aclıq aksiyasına başlayan sabiq prezident Mixeil Saakaşvili vəkilinə göndərdiyi məktubda qeyd edib.

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi də (AİHM) Mixael Saakaşviliyə müraciət edərək aclığı dayandırmasını xahiş edib. M.Saakaşvili Tiflisdə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tiflisdəki 18 saylı Qdani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun