Rusiya Mərkəzi Bankı faiz dərəcələrini artıracaq

Rusiya Mərkəzi Bankı faiz dərəcələrini artıracaq
19 Noyabr 2021
Mətni dəyiş
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkənin inflyasiya probleminə müdaxilə edilməsinin vacibliyini vurğulayaraq deyib ki, ərzaq qiymətlərində inflyasiya ikirəqəmli səviyyəyə çatıb. “İnflyasiyanı azaltmasaq, əhalinin ən həssas təbəqəsi əziyyət çəkəcək”. Nabiullina faiz dərəcələrini artıracaqlarını açıqlayıb. Faiz dərəcəsinin 6,75-dən 7,5-ə endirildiyi Rusiyada illik inflyasiya oktyabrda 8,13 faizə yüksələrək 2016-cı ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb. Rusiya parlamentinin aşağı palatası Dumadakı çıxışında Nabiullina ölkədə artmaqda olan inflyasiya göstəricilərini dəyərləndirib. Rusiyada ərzaq inflyasyası ikirəqəmlidir “İndi inflyasiya ikiqat artıb. Təəssüf ki, ərzaq məhsullarının qiymətlərində inflyasiya ikirəqəmli səviyyəyə çatıb”, Rusiyada 4 ildir inflyasiyanın 4 faiz olduğunu söyləyən Nabiullina əlavə edib. “Qida inflyasiyası ən çox yoxsullara təsir edir” İnflyasiyaya müdaxilə etməli olduqlarının vurğulayan Nabiullina əlavə edib ki, bir qrupun gəliri nə qədər aşağı olarsa, onun istehlakında ərzaq payı o qədər çox olur və bu, inflyasiyanın ilk olaraq o qrupu vurması deməkdir. “İnflyasiyanı azaltmasaq, əhalinin ən həssas təbəqəsi əziyyət çəkəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun