İranda 17 yaşında cinayət törətməkdə ittiham olunan şəxs çağırışlara baxmayaraq edam edilib

İranda 17 yaşında cinayət törətməkdə ittiham olunan şəxs çağırışlara baxmayaraq edam edilib
24 Noyabr 2021
Mətni dəyiş

İranda 17 yaşında olarkən cinayət törətməkdə ittiham olunaraq ölüm hökmünə məhkum edilən Arman Abdulla edam edilib.

Edamın icrası bu günlərdə, 24 yaşında həyata keçirilib. Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Məlumata görə, Abdulla 2014-cü ildə qız dostunu qətlə yetirməkdə ittiham olunaraq mühakimə olunub.

İllər ərzində zərərçəkənin ailəsinə edilən əfv müraciəti cavabsız qaldığından, hökmün icrasına qərar verilib. Hökm Kərəc şəhərindəki Rəcai həbsxanasında həyata keçirilib.

Arman Abdullanın vəkili Vəliyullah Hüseyni mətbuata açıqlamasında bildirib ki, edamın icrası üçün nəzərdə tutulan prosedurlarda xeyli çatışmazlıq var idi, buna rəğmən edam etdilər. 2014-cü ildə həbs olunan Abdulla barədə ölüm qərarı 2015-ci ildə yerli məhkəmə tərəfində çıxarılıb, ancaq sonradan İranın Ali Məhkəməsi bu hökmü ləğv edib. 2020-ci ildə işə yenidən baxılıb və edam qərarı bir daha qüvvəyə minib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun