BMT: Ərzaq qiymətləri artmaqda davam edir

BMT: Ərzaq qiymətləri artmaqda davam edir
6 Noyabr 2021
Mətni dəyiş
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) beynəlxalq qiymətləri izləyən Ərzaq Qiymətləri İndeksi oktyabr ayında ərzağın qiymətinin sentyabr ayı ilə müqayisədə 3% artdığını bildirib. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının indeksinə görə, oktyabr ayında taxılın qiyməti əvvəlki ayla müqayisədə 3,2%, Kanada, Rusiya və ABŞ da daxil olmaqla, əsas buğda ixracatçılarının məhsullarının azalması səbəbindən buğdanın qiyməti 5% artıb. Təşkilat digər əsas dənli bitkilərin beynəlxalq qiymətlərinin də artdığını qeyd edib. BMT agentliyi bitki yağılarının qiymətinin oktyabr ayında 9,6% artaraq, rekord həddə çatdığını və ardıcıl dördüncü aydır ki, qiymətlərdə artımın davam etdiyini bildirib. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bildirdiyinə görə, bitki yağlarının qiymətinin artmasına səbəb "miqrant işçi qüvvəsi çatışmazlığı səbəbindən Malayziyada məhsulun az istehsal olunmasıdır". Süd məhsullarının qiymətləri 2,5% artdığı halda, ətin qiyməti 0,7% düşüb ki, bu da üçüncü aydır davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun