Avstraliya neonasist qrupu “The Base” və Hizbullahı terror təşkilatları siyahısına əlavə edib

Avstraliya neonasist qrupu “The Base” və Hizbullahı terror təşkilatları siyahısına əlavə edib
24 Noyabr 2021
Mətni dəyiş
Avstraliya hökuməti ABŞ mənşəli neonasist təşkilatı “The Base” və Livanda yerləşən Hizbullahın terror təşkilatları siyahısına salındığını açıqlayıb. Paytaxt Kanberrada keçirdiyi mətbuat konfransında daxili işlər naziri Karen Endryus ABŞ-da qurulan və ağ irqin üstünlüyünü müdafiə edən neonasist qrupu “The Base” ilə İranın dəstəklədiyi şiə Hizbullahın bütün ünsürlərinin terror təşkilatları siyahısına əlavə edildiyini bildirib. "Burada bizə zərər vermək niyyəti və bacarığı olan insanlar var. Avstraliyada onların mənfur ideologiyalarına yer yoxdur", hər iki təşkilatın Avstraliya təhlükəsizlik bölmələrinin tövsiyəsi ilə siyahıya alındığını bildirən nazir Endryus deyib. Bu təşkilatlara üzv olmağın və ya dəstək vermənin cinayət olduğunu vurğulayan Endryus əlavə edib ki, Avstraliyada və dünyanın hər yerində terror təhlükəsinin olduğundan xəbərdardırlar. “Son zamanlar həm Böyük Britaniyada, həm də Yeni Zelandiyada bunun şahidi olduq", o deyib. Nazir əlavə edib ki, ABŞ, Kanada, Avropa və Avstraliyada fəaliyyət göstərən iki qruplaşmanın terror təşkilatları siyahısına əlavə edilməsi ölkəsini adı çəkilən digər ölkələrlə uyğunlaşdırıb. Avstraliya Milli Təhlükəsizlik Agentliyinin internet saytında dərc olunan terror təşkilatları siyahısında aralarında PKK-nın da olduğu 26 təşkilat var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun