Avropada sürət həddini aşan avtomobillərin sürəti avtomotik olaraq yavaşladılacaq

Avropada sürət həddini aşan avtomobillərin sürəti avtomotik olaraq yavaşladılacaq
26 Noyabr 2021
Mətni dəyiş

Fransa ötən həftə qəbul edilən Avropa İttifaqı (Aİ) qanunları çərçivəsində gələn ildən etibarən satılacaq bütün avtomobillərə sürəti avtomotik olaraq məhdudlaşdıran sistem yerləşdirəcək. 

Aİ tərəfindən qəbul edilən qanunlara görə, gələn ildən etibarən istifadəyə buraxılacaq bütün avtomobillərdə "Ağıllı Sürət Dəstəkçisi" (ASD) adlı sistemin olması məcburidir.

Artıq Avropada polislər kameralardan və GPS-lərdən istifadə edərək, bu sistem üzərindən avtomobillərin sürət həddini aşıb-aşmamaqlarını yoxlaya biləcəklər.

Sürət həddi keçilərsə, sistem qaz pedalını geri çəkərək avtomatik olaraq mühərrikin hərəkətini ləngidir və sürücüdən sürəti azaltmağı tələb edir.

Bununla belə, nəqliyyat vasitələrinin sürücüləri istədikləri zaman sistemi söndürə bilərlər.

2022-ci ilin iyul ayından etibarən Fransada satılan bütün yeni avtomobil modellərində bu texnologiyanın quraşdırılması məcburidir.

Yol qəzalarını azaltmağı hədəfləyən bu tənzimləmə ilk dəfə 2019-cu ildə Avropa Komissiyası tərəfindən gündəmə gətirilib. Layihə ötən həftə Aİ Komissiyası tərəfindən qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun