BMT-nin hesabatında Türkiyənin Liviyaya “uşaq döyüşçü göndərdiyi” iddia edilib, Ankara iddianı yalanlayıb

BMT-nin hesabatında Türkiyənin Liviyaya “uşaq döyüşçü göndərdiyi” iddia edilib, Ankara iddianı yalanlayıb
8 Oktyabr 2021
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının yaratdığı Liviya Məlumat Toplama Missiyasının 2016-cı ildən bəri yaşanan insan haqları pozuntularını araşdırdığı hesabat yayımlanıb. Hesabatda Liviyadakı vətəndaş müharibəsində suriyalı uşaq döyüşçülərdən istifadə edildiyi və Türkiyənin bu “uşaqların Liviyaya aparılıb döyüşdürülməsində” rol oynadığına dair ifadələr yer alır. “2019-cu ilin sonlarından etibarən əldə edilən sübutlara görə, Türkiyə görünüşlərindən açıq şəkildə uşaq olduqları anlaşılan 15-18 yaş arası suriyalıların işə qəbulu və Milli Razılıq Hökuməti üçün pul qarşılığında Liviya Milli Ordusuna qarşı döyüşməsində vasitəçi olub”. “Bu uşaq döyüşçülər müxtəlif sahələrdə döyüşçü olaraq və ya təhlükəsizlik qüvvələri kimi dəstək vəzifələrində istifadə edilib. İtaət etmədikləri təqdirdə bir çoxu həbs edilib, bir qismi isə yaralanıb”. “Həm Liviya, həm Türkiyə öhdəliklərini pozub” Türk diplomatik mənbələr iddiaları rədd ediblər. “Bunlar tamamilə əsassız, heç bir təməli olmayan iddialardır. Bu cür əsassız iddiaların hesabatda necə yer aldığını sorğu-sual etmək lazımdır. Halbuki Məlumat Toplama Missiyasının Liviyada araşdırmalı olduğu onlarla müharibə cinayəti, kütləvi məzarlar və insan hüquqları pozuntuları var. Missiyanın işlərinin və hesabatının bunlara nə qədər fokuslandığına baxmaqda fayda var”. 2020-ci ildə yaradılan missiyanın üzvləri araşdırmaların sonunda avqust ayında Tripoliyə gedərək yüksək çinli liviyalı rəsmilərlə görüşüblər. Türkiyə 2019-cu ilin noyabrında vətəndaş müharibəsi davam edərkən yaxın münasibətlərdə olduğu Tripolidəki Milli Razılıq Hökuməti ilə müdafiə razılaşması imzalayıb və türk əsgərlər “təhsil və məsləhətçilik vəzifələri üçün” Liviyaya gedib. Milli Razılıq Hökuməti Tripolini müharisəyə alan Liviyanın şərq və cənubunda böyük bir hissəyə hakim General Xəlifə Həftarın Liviya Milli Ordusuna qarşı vuruşub. 2020-ci ilin əvvəlində müharibənin daha da gərginləşdiyi dövrdə Türkiyənin dəstəklədiyi suriyalı döyüşçülərin Liviyaya gedərək Həftara qarşı vuruşduğu barədə xəbərlər yayılıb. Hesabatda Türkiyənin yer aldığı daha bir bölüm mövcuddur Hələ tərəflər arasında atəşkəs razılaşması imzalanmadan əvvəl, 2020-ci il iyunun 3-də Qəsr bin Qaşir qəsəbəsində ard-arda 4 PUA hücumunun ən az 12 nəfərin ölümünə səbəb olduğu qeyd edilib. Hesabatda aralarında qadın və uşaqların da olduğu ölən şəxslərin silahsız olduğu bildirilib. Bu hücumları Milli Razılıq Hökumətinin təşkil etdiyi, mülki olduqları bilinsə də, müəyyən bir bölgədəki insan cəmiyyətini hədəf alaraq dəfələrlə həyata keçirilməsi, bu zaman Həftarın ordusunun geri çəkildiyi, bütün bunlar nəzərə alındıqda “müharibə cinayətinin” işləndiyi hesabatda qeyd edilib. Hücumlarda istifadə edilən PUA-ların Türkiyədə istehsal edildiyi, Liviyada ilk dəfə Türkiyənin də daxil olduğu bir hərbi hava bazasında görüldüyü, razılaşma çərçivəsində Milli Razılıq Hökumətinə verildiyi bildirilib. Bundan başqa, hesabatda yetkin suriyalı döyüşçülərində Milli Razılıq Hökumətinin tərəfində vuruşduğu vurğulanıb: “BMT Missiyası Milli Razılıq Hökumətinə dəstək məqsədilə aparılan müharibələrdə Suriya vətəndaşlarının rol aldığına dair sübutlar əldə edib. Missiyanın danışdığı suriyalı döyüşçülər Suriyada Azad Suriya Ordusundakı komandirləri tərəfindən bura göndərildiklərini, Türkiyənin onların Liviyaya göndərilməsində türk vətəndaşlarının aktiv rol aldığını və bu vəzifəni qəbul etməkdə məqsədlərinin maddi gəlir əldə etmək olduğunu deyiblər. Bu suriyalı döyüşçülərin hər hansı bir pozuntu edib-etməməsinə dair araşdırmalar davam edir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun