Masallıda arvadını bıçaqlayan şəxs tutulub

Masallıda arvadını bıçaqlayan şəxs tutulub
30 Avqust 2021
Mətni dəyiş

Prokurorluq Masallı rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

"Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun