Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb

Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb
31 Avqust 2021
Mətni dəyiş

İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldunun transferinin maliyyə detalları açıqlanıb.

36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.

Məbləğ 5 il ərzində ödənilməlidir. Bundan başqa, "qırmızı şeytanlar" və Ronaldu konkret idman nailiyyətləri əldə edəcəyi təqdirdə Turin təmsilçisi üçün 8 milyon avro bonus nəzərdə tutulub.

Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun