Türkiyə pilotsuz döyüş təyyarələrini nümayiş etdirib

Türkiyə pilotsuz döyüş təyyarələrini nümayiş etdirib
20 İyul 2021
Mətni dəyiş

Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar"ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.

"Report"un xəbərinə görə, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.

"Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik" - o əlavə edib.

Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun