İqlim dəyişikliyi nə qədər insanın ölümünə səbəb olub?

İqlim dəyişikliyi nə qədər insanın ölümünə səbəb olub?
23 İyul 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəsmi rəqəmlərə görə, iqlim dəyişikliyi son 50 ildə bir milyondan çox insanın ölümünə səbəb olub.

BMT-nin nəzdində olan Dünya Meteorologiya Təşkilatının baş katibi Peterri Tallas bildirib ki, ölümlər əsasən quraqlıq, fırtına, sel və şiddətli istilərdən olur.

O bildirib ki, şiddətli yağışlar iqlim dəyişikliyinin bir simptomudur. Atmosfer isindikcə rütubətlilik daha çox olur. Bu da yağışlara və sellərə səbəb olur.

Son illərdə isə dünyanın bir hissəsi quraqlıqdan, digər bir hissəsi sel daşqınlarından əziyyət çəkir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun