Gürcüstanda epidemioloji vəziyyət pisləşib, ölkə “qırmızı” zonaya keçib

Gürcüstanda epidemioloji vəziyyət pisləşib, ölkə “qırmızı” zonaya keçib
20 İyul 2021
Mətni dəyiş

“Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:

“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməkdə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun